ABŞ-ın San-Bernardo şəhərində (Kaliforniya ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb, daha 2-si yaralanıb.

Unikal.org-un TASS agentliyinə istinadən xəbərinə görə, bu barədə NBC telekanalı məlumat verib.

İlkin məlumata əsasən, atəş açan şəxs zərərsizləşdirilib. Hadisənin təfərrüatları barədə hələ ki, məlumat yoxdur. Bundan əvvəl Bernardo şəhərinin polis rəisi Cerrod Burquan özünün "Tvitter səhifəsində hadisənin qətlə cəhd və yaxud intihar olduğunu ehtimal edib.