Çinin Çunçun bələdiyyəsinin Kayçjou rayonunda yük maşını uçurumdan düşüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Yük maşınında sürücüdə daxil olmaqla, 12 nəfər olub.

Xəbərdə deyilir ki, 2 nəfər hadisə yerində, 5 nəfər isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Xəsarət alanların vəziyyəti stabil dəyərləndirilir.

Qəzanın səbəbləri müəyyənləşdirilir.