Bu gecə Kievin mərkəzində partlayış olub.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı yaxın ətrafdakı binalara və avtomobillərə zərər dəyib. Ölən və yaralananlarla bağlı məlumat yoxdur.

Hüquq-mühafizə orqanları hadisə baş verən yerdə bomba fraqmentləri tapıblar.

Faktla bağlı cinayət işi açılıb.