"Zuhal Topallaevlilik verilişində azərbaycanlı iştirakçılar -Əli Əkbər və proqrama yeni qatılan Elmir İsmayılov arasında  Naz Milaya görə mübahisə düşüb.

Unikal.org xəbər verir ki, Əli keçmişdə Elmirlə dostluq etdiklərini və onun Nazı sevmədiyini, sadəcə acığa belə bir addım atdığını, həmçinin Nazın da onu qısqandırmaq üçün Elmirlə görüşdüyünü söyləyib.

Elmir İsmayılov isə Əli Əkbərin dediklərini inkar edib.