Bu gün yerli vaxtla saat 10.45 (Bakı vaxtı ilə saat 11.45) Türkiyənin Diyarbəkir şəhərində güclü partlayış olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış Diyarbəkirin Bağlar qəsəbəsində Əmək prospektində polis məktəbi yaxınlığında baş verib.

 
Hadisə yerinə polis qüvvələri və təcili tibbi yardım briqadaları göndərilib. Partlayış aksiyaların dağıdılması üçün istifadə edilən xüsusi texnikanın təmiri zamanı baş verib.

 
Partlayış baş verən emalatxana binası çöküb. Hadisə yeriən xilasedicilər cəlb olunub.
 
Türkiyənin NTV telekanalı 1-i ağır olmaqla, 4 yaralının olduğu barədə məlumat yayıb.