Elan saytlarından birində 80 min dollarlıq "VAZ 2106" markalı avtomobil satışa çıxarılıb.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, qırmızı rəngli avtomobil "Jiquli" şirkətinin kanada versiyasıdır. Qiymətinə görə, hər kəsin diqqətini çəkən maşın 1.5L 72 at gücünə malikdir.

 
Qeyd edək ki, "VAZ-2106" sedan tipli banı olan, arxa aparıcı təkərlərə malik SSRİ-Rusiya istehsalı olan avtomobildir. "VAZ-2103" modelinin bazasında yaradılıb və 1975-cı ildən istehsal olunur. 2006-cı ildən avtomobil İjevskdə yerləşən "İjavto" zavodunda istehsal olunur.