"Biz partiya olaraq həmin ofisdən çıxmışıq

Bu fikirləri Unikal.org-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı Xətai rayonu Xəqani Rüstəmov küçəsindəki ofisini satması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. 

O, qeyd edib ki, həmin ofisi satmaq niyyət yoxdur: "Bu ofis partiyanın deyil. Bura mənim şəxsi ofisimdir. Satmaq niyyətim də yoxdur. Maddi durum elədir ki, partiya da dolanmalıdır, biz də. Ehtiyacım olduğu üçün icarəyə verəcəm. Orada bir sıra cəmiyyətlər, dost təşkilatlar var idi ki, illərlə pul vermədən istifadə ediblər. Biz partiya olaraq həmin ofisdən çıxmışıq.

Həsən Babayev