ABŞ-ın dövlət katibi Reks Tillerson bu dəqiqələrdə artıq Moskvadadır.
Unikal.org-un məlumatına görə, dövlət katibinin təyyarəsi Moskvanın Vnukovo aeroportuna yerli vaxtla 16:38-də enib.
R.Tillersonun Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparacağı gözlənilir.
Qeyd ki, bu, yeni ABŞ dövlət katibinin Rusiyaya ilk səfəridir.