Donald Tramp administrasiyası ABŞ-a daxil olan əcnəbilər üçün yeni təhlükəsizlik tədbirlərinin tətbiqi imkanlarını nəzərdən keçirir.

Unikal.org-un "hightech.fmə istinadən xəbərinə görə, bu tədbirlər qəbul olunarsa, ABŞ sərhəd xidməti ölkəyə gələn əcnəbilərdən sosial şəbəkələrdəki səhifələrinin login və parolunu, eləcə də telefon kontaktlarının siyahısını tələb edə bilər.

"The Guardian" yazır ki, qəbul olunacağı təqdirdə, yeni tədbirlər "Visa Waiver Program"da iştirak etməklə vətəndaşları ABŞ-da 90 gün vizasız qala bilən 38 ölkəyə, o cümlədən Böyük Britaniya, Fransa, Avstraliya, Yaponiya və Almaniyaya da aid ediləcək.