Təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Dövlət Elektirik Stansiyasına gedən yolun "Mir Mövsüm Ağa ziyarətgahı ilə "Azal Arenanın yerləşdiyi hissəsində və "Azal Arena istiqamətinə gedən Starçük küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq.

Azəravtoyoldan Unikal.org-a daxil olan məlumata görə, məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə 2 gün ərzində tətbiq ediləcək. "Azəravtoyol ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.