Türkiyə vətəndaşlarının son iki ildə ən çox getdiyi ölkələrin siyahısı açıqlanıb.

Unikal.org-un "Hürriyətə istinadən xəbər verir ki, türklərin istirahət və işlə bağlı üz tutduğu ölkələrin sırasında Azərbaycan ilk onluqda yer alıb.

İtaliya, Almaniya, İngiltərə, Avstriya, Serbiya, ABŞ, Azərbaycan, İspaniya, Ukrayna, Tailand Türkiyə vətəndaşlarının ən çox getdiyi ölkələrdir.

Bundan əlavə son illər ərzində Macarıstan, Danimarka, Polşa, Belçika və İsveçə gedənlərin sayı xeyli azalıb.