Minsk şəhəri İcra Hakimiyyətinin 10 vəzifəli şəxsi rüşvət almaqda şübhəli bilinərək Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında Minsk İH İstehlak Bazarına Nəzarət Baş İdarəsinin rəhbəri Sergey Boriseviç də var.

Saxlanılanlar meriyanın tabeliyində olan müəssisələrlə müqavilələrin bağlanılması zamanı (malların artırılmış qiymətlərlə alınmasına dair) məsələlərin müsbət həlli üçün fərdi təsərrüfat subyektlərindən böyük məbləğdə rüşvət almaqda şübhəli bilinirlər.