Rusiyanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi Arktika regionunda ekoturizmin inkişafı ilə bağlı təkliflər irəli sürüb.

Unikal.org-un məlumatına görə, 2019-cu ilədək Şimal Buzlu okeanında yerləşən Yeni Torpaq və Frans İosif Torpağı adalarında həm elmi, həm də turistik-ekspedisiya komplekslərinin yaradılması planlaşdırılır.

Bundan başqa, çoxfunksiyalı elmi-tədqiqat gəmisinin işə salınması və "Rusiya Arktikası" milli parkının yaradılması nəzərdə tutulur.