"Evlilik verilişlərini hamı kimi mən də izləyirdim. Sonra qərar verdim ki, mən də iştirak etməliyəm.

Unikal.org xəbər verir ki, bunu baku.ws-ə müsahibəsində Türkiyənin "Star televiziyasında yayımlanan "Zühal Topalla evlilik verilişində məşhurlaşan azərbaycanlı iştirakçı Naz Mila deyib.

"Özümdən böyük iki qardaşım və bir bacım var. Mən həmişə riskə getməyi sevmişəm. Onların hamısının ailəsi var. 26 yaşım var, heç kim mənim işiməqarışmır.Ailə üzvlərim verilişə qatılmağıma əvvəl etiraz etsələr də, sonradan razılaşdılar, - deyə o bildirib.

O, "Deyirlər ki, atası qızınızı görməyə icazə vermir. Bu barədə nə deyə bilərsiniz? sualına belə cavab verib:

"Hər dəfə bura gələndə qızımı da gətirirəm. Qızım Bakıda yaşayır. Naxçıvanda olsa belə, qızımı görməyə gedirəm.

Boşanma səbəbi barədə danışan Naz "Həyat yoldaşımla 4 il birlikdə olduq. Bir müddət sonra yola gedə bilmədik və boşanmağa qərar verdik deyib.

O, evlilik proqramlarında baş verənlərin səhnələşdirilmiş şou, iştirakçıların isə modellər olması ilə bağlı yayılan məlumatlara "Belə bir şey yoxdur. Aktyorluq etmək üçün başqa sahələr var. Ora başqa niyyətlə gələnləri verilişə buraxmırlar cavabını verib.

Naz Mila proqramın digər azərbaycanlı iştirakçısı, keçmiş sevgilisi, modelƏli Əkbər ilə münasibətlərindən də danışıb və hələ də Əlini sevdiyini deyib:

"Əli ilə əvvəl münasibətlərimiz çox yaxşı idi. Bir müddət sonra münasibətlərimiz pozuldu.Əlini sevirəm.

Naz Mila "Deyirlər ki, verilişə qatılan qızların əksəriyyəti eskortlardır. Onların biabırçı fotoşəkilləri dəyayılmışdı. Buna münasibətiniz necədir? sualına cavabında bunları deyib:

"Hamı kluba gedir. Burada pis heç nə yoxdur. Bizim qızlardan biri klubda rəqqasə işləyir. Hər kəsin öz həyatı var.

O, Bahanın, yəni keçmiş nişanlısının onu döyməsi barədə yayılan xəbərlərə də aydınlıq gətirib:

"Biz Baha ilə evlilik yolunda ciddi qərar qəbul etmişdik.O, münasibətləri verilişdən kənarda davam etdirmək istədi. Mən razı olmadım. Həm də onun verilişlə problemləri yarandı. Bahanın əsəbləri pozulmuşdu.

Görüntülər orada göründüyünüz kimi deyil. Bir qədər şişirdilib.Odur ki, hər şeyə inanmaq olmaz.

O, "Tez-tez bahalı avtomobillərinizi nümayiş etdirirsiniz. Onlar hədiyyədir, yoxsa almısınız? sualına isə belə cavab verib:

"Mən avtomobillərimi özüm almışam. Avtomobil almaq indi problem deyil. Kreditlə istənilən avomobili almaq mümkündür. Bir avtomobili satıb, başqasını alıram. İstanbulda kirayədə yaşayıram. Mənim avtomobillərim, villam yoxdur.

Naz Mila bir vaxtlar verilişdə iştirak edən digər azərbaycanlı Esmira haqqında cinsiyyətini dəyişdirdiyi və elə bu səbəbdən də verilişdən qovulduğu barədə yayılan məlumatlara da münasibət bildirib:

"Bu xəbərlər yalandır. Bu cür məlumatlara inanmayın.