Bu gün Türkiyədə tikiş fabrikində partlayış olub.

Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Tekirdağ vilayətinin Çərkəzköy rayonunda yerləşən fabrikdə baş verən partlayış zamanı 29 nəfər yaralanıb. Tüstüdən zəhərlənən işçilər xəstəxanaya yerləşdirilib.
 
Hadisə yerinə xilasedicilər, həkim briqadaları və polis qüvvələri göndərilib.