Azərbaycan prezidenti İlham Əliyevİnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

Unikal.org-un məlumatına görə, qanuna aşağıdakı məzmunda 2.2.9-cu maddə əlavə edilib:

"Banklar haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə.

Habelə maliyyə bazarlarına nəzarət orqanına qarşı müvafiq iddialar vəmaliyyə bazarlarına nəzarət orqanının müvafiq ərizələri üzrə icraat haqqında XIX fəsil əlavə edilib.

Maddə 131. Maliyyə bazarlarına nəzarət orqanına qarşı müvafiq iddialar üzrə icraat

131.1. "Banklar haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.

131.2. Məhkəmə iddia ərizəsinə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir. Maliyyə bazarlarına nəzarət orqanının bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, eləcə də bankın lisenziyasının ləğvi ilə bağlı qəbul etdiyi inzibati aktın qanunsuz sayıldığı hallarda məhkəmə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edir.

131.3. Mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.

131.4. Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb qərar qəbul etməlidir.