
Türkiyənin Diyarbəkir şəhərində törədilən terror aktında həlak olanların sayı 7 nəfərə çatıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin inkişaf naziri Cevdət Yılmaz jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, partlayış nəticəsində 27 nəfər yaralanıb: "Onlardan 13 nəfəri polis, 14 nəfəri mülki vətəndaşdır. Biri polis əməkdaşı, biri mülki vətəndaş olmaqla, 2 nəfərin vəziyyəti ağırdır. Həlak olanların hamısı polis əməkdaşlarıdır".