Avropa Yayım Şurası rəsmi olaraq bıyan edib ki, Rusiya "Eurovision 2017" mahnı müsabiqəsində iştirak etməyəcək.
Unikal.org-un məlumatına görə, bu bəyanat mahnı müsabiqəsinin rəsmi saytında yerləşdirilib.
Təşkilatın nümayəndələri vurğulayıblar ki, Rusiyanın bu müsabiqədə iştirak etməsinə şərait yaradacaq həll yollarını tapmağa cəhd ediblər. Bəyanatda qeyd olunur ki, Rusiyaya müxtəlif variantlar təqdim olunub: "Rusiyalı iştirakçı Yuliya Samoylovaya videokörpü vasitəsi ilə müsabiqəyə qoşulmaq təklifi edilib. Bundan başqa, təşkilat komitəsi iştirakçını başqası ilə əvəz etməyi də təklif edib. Lakin hər 2 variant Rusiyanın Birinci kanalı vasitəsi ilə rədd edilib. Kanalın rəhbərliyi qeyd edib ki, "Eurovision 2017" mahnı müsabiqəsini yayımlamayacaq. Bu o deməkdir ki, Rusiya müsabiqədə iştirak edə bilməyəcək. Biz bütün 43 ölkənin müsabiqədə iştirak etməsi üçün əlimizdən gələni etdik".