Doğum günündə mərhum telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsi əbədiləşdirilib.
Unikal.org-un məlumatına görə, Bakının Binəqədi rayonu, 8 mkr. Səttar Bəhlulzadə küçəsində yerləşən binalarının birinin üzərinə A.Mustafayevin büstü qoyulub.
Qeyd edək ki, Alı Mustafa oğlu Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. O, çevik, qorxmaz bir telejurnalist idi, tez-tez müharibənin qaynar nöqtələrində olur, reportajlar hazırlayırdı. 1991-ci il noyabırın 20-də növbəti dəfə qaynar nöqtəyə yollandı, onun uçduğu vertolyot düşmən terrorçuları tərəfindən vuruldu, o dövlət və hökümət adamları, xarici müşahidəçilərlə birlikdə həlak oldu. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakıda 202 saylı orta məktəb, küçələrdən biri onun adını daşıyır.

Orxan Həsənli