"Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakıda "Ağ şəhər ərazisində də pulsuz "Wi-Fi xidmətinin əhatə dairəsini genişləndirir.

Unikal.org xəbər verir ki, bu barədə  Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə verib.

Məlumata görə, artıq müvafiq texniki işlər həyata keçirilir və pulsuz "Wi-Fi" xidməti bu ərazidə yaxın zamanlarda işə salınacaq.

Qeyd edək ki, şəbəkənin əhatə dairəsinin genişləndirilməsi işləri "ictimai Wi-Fi layihəsi çərçivəsində aparılır. Hazırda bu layihə Dənizkənarı Milli park, İçərişəhər və Dövlət Bayrağı Meydanını əhatə edir.