Təhsil Nazirliyi bir müddət öncə müəllimlər üçün diaqnostik qiymətləndirmə keçirdi. Amma bəzi müəllimlər isə diaqnostik qiymətləndirilmədən kənarda qaldılar, yəni onlar imtahanlara buraxılmadılar.

Unikal.org xəbər verir ki, modern.az-ın sorğusunu cavab olaraq Təhsil Nazirliyindən bildiriblər ki, bununla bağlı mütəmadi olaraq araşdırmalar aparılır.

"2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri tərəfimizdən yoxlanılıb . Və bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib. Həmçinin, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir. Təhsil Nazirliyi müsabiqədən kənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir.

Nazirlikdən qeyd olunub ki, bu kimi hallar aşkarlandıqda həmin müəllimlər diaqnostik qiymətləndirməyə buraxılmır.