Azərbaycanda çoban itini öldürən 3 gürzə ilanından birini hadisə yerindəcə zərərsizləşdirilib. 

Unikal.org-a verilən məlumata görə, hadisə Göyçay rayon İncə kəndində baş verib.

Fermer deyib ki, öldürdüyü ilanının uzunluğu ən azından iki metrəyə yaxındır: "Amma qaçan ilanlardan biri bundan da uzun idi. Bütün təsərüfatımız, insan həyatı üçün çox təhlükəli ilanlardır. Axtarırıq ki, digər sözü gedən ilanlarıda öldürək ki, təhlükədən qurtaraq.

Qeyd edək ki, bir neçə gün əvvəl sözü gedən kənddə uzunluğu 1 metrdən çox olan gürzə ilanı öldürülmüşdü.