Prezident İlham Əliyev "Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı dövlət məmurlarına "Naz-Lifan" avtomobillərini almağı tövsiyə etmişdi: "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir.

Unikal.org bildirir ki, bir çox dövlət məmurları ölkə başçısının bu tövsiyyəsini yüksək qiymətləndirib avtobilllərini "Naz-Lifan"la əvəzlədilər. Bəzi məmurlar üçün isə bu tövsiyyə sadəcə, söz olaraq qaldı.

Bu şəxslərdən biri də bir neçə gün bundan əvvəl jurnalistlə "sillə atan Yasamal rayon İcra başçısı İbrahim Mehdiyevdir.

Belə ki, icra başçısı özünə 100 min manat dəyərindən ən son model "BMW markalı avtomobil alıb. Halbuki bu maşının qiymətinə İ.Mehdiyev rəhbərlik etdiyi qurum üçün ən azından 9 ədəd "Naz-Lifan" ala bilərdi.

Prezident İlham Əliyevin 2014-cü il aprelin 13-də Nazirlər Kabinetinin ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında həmçinin, bildirib ki, yaşıllıqların məhv ediləməsinə qarşı ciddi tədbirlər görülməlidir:

 "Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır.

Amma təssüflər olsun ki, icra başçısı İlham Əliyevin bu tapşırığında da əməl etmədi. İ.Mehdiyevin gözü qarşısında Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi ərazisində yaşayış binasının tikintisi üçün 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsi baş verdi.