İranda prezident seçkilərində iştirak etmək üçün 1636 nəfər qeydiyyatdan keçib.
Unikal.org xəbər verir ki, bu barədə seçkilərin keçirilməsi üzrə qərargahın rəhbəri Əli Əsgər Əhmədi deyib: "Bunlardan 137 nəfəri qadın, 1499 nəfəri kişidir. Namizədlərdən ən gəncinin 18, ən yaşlısının isə 92 yaşı var.
Qeyd edək ki, qeydiyyat aprelin 11-də başlayıb və bu gün axşam başa çatıb. Sabahdan başlayaraq, namizədlərin seçimi mərhələsi start götürəcək.
İran Konstitusiyasının Keşikçiləri Şurası 16-20 aprel tarixlərində namizədlərin seçki qanunvericiliyinə uyğunluğunu yoxlayaraq, onların seçimini həyata keçirəcək.