Daşkəsəndə zəhərlənmə olub.
 
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, rayon sakini 1992-ci il təvəllüdlü Raqif Abbasov benzinlə zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, R. Abbasova hansısa xəstəliklə müalicə məqsədi ilə benzin içməsi məsləhət görülüb. O, deyilənə əməl edərək benzin içib və zəhərlənib.