Gürcüstanın paytaxtı Tbilisidə 2015-ci ilin noyabr ayından İnterpolun qırmızı xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı, 1961-ci ildə anadan olmuş Q.İ. saxlanılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, saxlanılan şəxs İnterpolun Bakı şöbəsi tərəfindən axtarışa verilib.
Q.İ. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə cinayət törətməkdə, başqa sözlə, külli miqdarda vergidən yayınma ilə ittiham edilir.
Nazirliyin məlumatına görə, hazırda saxlanılan şəxs barəsində ekstradisiyaya qədər qanunun tələb etdiyi proseslər həyata keçirilir.