Sirr deyil ki, bu gün seriallar daha çox baxılan televiziya proqramları sırasında ilk yerlərdə durur. Həyatın vazkeçilməz bir parçasına çevrilən bu seriaların əsas auditoriyası isə təbii ki, qadınlardır. Xüsuilə də evdar qadınlar.

Unikal.org bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində mövzu ilə bağlı maraqlı sujet hazırlanıb.

Belə ki, xanımlar bununla həm dincəlir, həm də öz sözləri ilə desək, fikirlərini saxlayırlar. Ev işlərindən, uşaqların qayğısından, yoldaşına xidmətdən sonra serial izləmək əsas məşğuliyyətə çevrilir. Hətta bəzən ön plana da keçir.