Ağdamda həm əhali, həm də əsgərlərimiz arasında çox böyük ruh yüksəkliyi var. Sakinlər müharibəyə çağırış gözləyir ki, hamısı ayağa qalxsın. Əhali işğal altındakı ərazilərimizin azad edilməsini çoxdan gözləyir. Unikal.og xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.
İcra başçısı bildirib ki, rayonun hər hansı bir ərazisinin boşaldılmasından söhbət gedə bilməz: "Bir nəfər də yerindən tərpənməyib. Hamı öz evində, öz işindədir. Təmas xəttinə yaxın ərazilərdə yaşayan sakinlər cəbhəyə doğru getmək istəyir. Kimə yaxınlaşırsan, deyir, bizə döyüşə əmri verin, qalanı bizlikdir".R.Məmmədov qeyd edib ki, hazırda Azərbaycan Ordusunun Ağdam ərazisindəki hərbçiləri düşmən mövqelərinə ağır artilleriyalardan cavab atəşi verir: "Düşmən tərəf, demək olar ki, susdurulub. Kəndlərimizdə ciddi ziyanlıq yoxdur. Əhali arasında itki və yaralanma yoxdur. Ağdamda hər şey normaldır, öz axarında davam edir. Ağdam caaatı Azərbaycan əsgərinə güvənir. Ağdam ərazisində bizim tərəfdən heç bir itki yoxdur. Ağdamda itki olması ilə bağlı yayılan məlumatlar şaiyədir. Burda bir nəfər də olsun itki qeydə alınmayıb. Bütün kəndlərdən, təmaz xəttində vəziyyət daim nəzarətdədir".