Bakıda vətəndaşa külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş qadın Azərbaycandan qaçıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, 1979-cu ilin 12 iyulunda Türkmənistanda anadan olmuş Azərbaycan vətəndaşı Şükürova İranə Mahmud qızı İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Azərbaycanın sərhədlərindən kənara çıxdığı üçün və istintaqdan yayındığına görə onun barəsində dövlətlərarası axtarış elan edilib.
İ.Şükürova Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərini də bilir.
Qeyd edək ki, Bakı sakini olan 1968-ci il təvəllüdlü Ağayev Həsrət Ağakişi oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, İranə Şükürova ondan 54 min manatlıq qızıl alıb və daha sonra pulu verməkdən boyun qaçırıb.