"Olimpiks" MTK-nın sahiblərindən biri, Rusiya vətəndaşı Elbrus Məmmədov həbs edilib.
Unikal.org bildirir ki, O, aprel ayının 26-da DİN-nin Baş Cinayət Axtarış İdarəsinin əməliyyatçıları ilə Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat zamanı Bakıda saxlanılıb.
Əslən Şəmkirin Şiştəpə kəndindən olan Elbrus Məmmədovun ağır cinayətin sifarişində şübhəli bilindiyi qeyd olunur.