Bakının Qaradağ rayonunda əlbəyaxa dava zamanı gənc oğlan bıçaqlanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, Müşfiqabad qəsəbəsində 1993-cü il təvəllüdlü Mehralıyev Mohub Maarif oğlu tanışı ilə söyüş söydüyünə görə əlbəyaxa dava edib.
Dava zamanı M.Mehralıyev bıçaqlanıb. O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildiriblər.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.