Oğurluq edən Zərdab rayon sakinləri tutulub.
Unikal.org-un apa-ya istinadn xəbərinə görə, Zərdab rayon Şəftəhal kənd sakini, Rafael Əzim oğlu Xəlilov Rayon Polis Şöbəsinə fərdi təsərrüfatında ki, 4 baş xırda buynuzlu heyvanın oğurlanması ilə bağlı ərizə ilə müraciət edib. Rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəliquşçu kənd sakini, Amin Mehdi oğlu Səlimov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, A. Səlimov həmkəndlisi yetkinlik yaşına çatmayan Ramin Təvəkkül oğlu Qarayevlə əlbir olaraq rayon ərazisində müxtəlif kəndlərdə sakinlərə məxsus xeyli sayda xırda buynuzlu heyvanları oğurlayaraq onlardan 4380 manat pul əldə ediblər.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.