Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Unikal.org teleqraf.com-a istinadən bildirir ki, Qızıldaş qəsəbəsində yaşayan Vasif Quliyev 38-ci polis bölməsinə müraciət edib.

O, bildirib ki, aprelin 25-də 300 manat pulu oğurlanıb.

38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Eldəniz Abbasov tutulub.