Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi adam öldürüb.
Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisi Faiq Qasımov dünən gecə saatlarında öz dostunu öldürüb. Belə ki, F.Qasımov yaxın dostu, "Qoşa Qala" restoranının sahibi Tərlanla axşam toy məclisində yeyib-içiblər. Sonra isə dostlar əyləncə məclisini Fatmayi kəndində dəniz kənarında davam etdiriblər. Hələlik açıqlanmayan səbəbdən F.Qasımov avtomobolini dostu Tərlanın üzərinə sürüb və ona ağır xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən iş adamı vəfat edib. Rəis F.Qasımov bu gün səhər saatlarında saxlanılıb.
Bildirilir ki, hadisə Binəqədi qəsəbəsində yerləşən "Həyat" istirahət mərkəzində baş verib.