"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev səhhətində problem yaranıb.

Unikal.org xəbər verir ki,bu barədə N. Paşayevin Facebook sosial şəbəkəsində yazıb. Şöbə rəisi qeyd edib ki, sağlamlığında yaranmış problemlər onu bir müddət sosial şəbəkələrdən uzaq salacaq. O, şəxsi profili vasitəsiyə dostlarına da müraciət edib:

"Sevgili dostlarım! Bir müddət facebook, messencer, votsap, ümumiyyətlə telefondan uzaq olmalıyam. Rəsmi olaraq 1-24 may tarixləri arasında məzuniyyət götürmüşdüm. İslam oyunlarına görə məcbur işlə əlaqəni kəsməməliydim. Ancaq səhhətimdə yaranan narahatlıq planlarımı pozdu. Uzeyir doktor anjiyoyla damarlarıma səyahət elədi. Bir neçə yaramaz damara gününü göstərdi. Amma ana damarlardan biri normala dönmək müqabilində doktordan stend istədi. Doktor da mənimlə şərt kəsdi ki, stendi qoyuram amma sözə baxıb bir az dincələcəksən. Mən də ki, söz verdim eləməliyəm. Bu fəsildə kəndə torpağın qoxusunu almağa gəlmişəm. İnşallah bir həftə sonra yaxşı əhvalda qayıdaram. Özünüzdən muğayat olun, sağlamlığınızı qoruyun! Hər şey qaydasındadır, əvvəlki tək. Narahat olmayın. Çox vacib məsələlərlə bağlı müraciət edə bilərsiniz.