Kolumbiyanın Kartaxena şəhərində tikilməkdə olan bina uçub.

Unikal.org-un "Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 18 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Yaralılardan 16-sı xəstəxanaya yerləşdirilib. 41 nəfərin xilas edildiyi bildirilir. Hadisənin səbəbləri barədə məlumat verilmir.

Faktla bağlı Kolumbiya prokuroluğu araşdırma aparır.