Bakıda mənzildə iki qadın döyülüb, ölən və yaralanan var.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, təxminən 40-45 yaşlı soyadı hələlik məlum olmayan Yelena adlı qadın döyülərək qətlə yetirilib. Onun meyiti binanın blokunda aşkarlanıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə vaxtı həmin ünvanda başqa bir qadının da (hələlik adı açıqlanmır) döyüldüyü aşkarlanıb. Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, hər iki qadın bir mənzildə döyülüb. Hər iki qadın pul müqabilində intim xidmətlə məşğul olurmuş.