Şəkidə yeznə odlu silahla qaynını qətlə yetirib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, aprelin 30-u axşam saatlarında rayonun Fazıl meşəlik ərazisində üzərində güllə yarası olan kişi meyiti tapılıb. Ölən şəxsin İbrahimkənd kənd sakini, 1959-cu il təvəllüdlü Tofiq Məhyəddin oğlu Səfərov olduğu müəyyənləşib.
Araşdırma zamanı məlum olub ki, Tofiq Səfərovu Fazıl meşəlik ərazisində qonşu Aşağı Küngüt kəndindən olan yeznəsi, 1960-cı il təvəllüdlü Vidadi Süphan oğlu Əliyev ov tüfəngi ilə qətlə yetirib. Vidadi Əliyev tutulub, qətldə istifadə edilən ov tüfəngi ondan götürülüb.
Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.