Bakıda motosiklet sürücüsü qəza törədib, 1 nəfər ölüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Z.Bünyadov prospektində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Mustafayev Elçin Seymur oğlu motosikletlə yüksək sürətlə hərəkət edib. Onun idarəetməni itirməsi nəticəsində motosiklet aşıb. E.Mustafayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

