Xəbər verdiyimiz kimi, DİN-in polkovnik-leytenantı olmuş Elmir Əliyevin nadir ADEM xəstəliyindən vəfatından sonra onun ailəsi növbəti dəfə ağır sınaqla üzləşib. Belə ki, E.Əliyevin vəfatının ardından ailənin böyük övladı, 8 yaşlı Nahid Əliyevin beynində şiş aşkar edilib.


Mərhum polkovnikin həyat yoldaşı Nərgiz Əliyeva lazımi məbləğin toplanması üçün sosial şəbəkələrdə "1 manat ver, 1 həyat yaşat kampaniyasına start verib.

Unikal.org bildirir ki, N.Əliyeva AZXEBER.COM-a müsahibəsində Nahidin əməliyyatı üçün 10 min dollara yaxın vəsaitin lazım olduğunu və bu məbləğin yığılmasından sonra Nahidin əməliyyat ediləcəyini deyib:

- Nərgiz xanım, Nahid neçə ildir bu xəstəlikdən əziyyət çəkir?


- Övladımın 2 yaşında başında şiş aşkar edildi. Onda yoldaşımla birlikdə İstanbulda yerləşən "Acıbadəm xəstəxanasına yollandıq. Orada Nahidi əməliyyat etdirdik. Əməliyyatdan sonra hər il müntəzəm olaraq uşağı MRT-yə saldırıb mövcud vəziyyətini yoxlayıb həkiminə göndərirdik. Sonuncu dəfə həkim uşağın başında şiş olduğunu dedi.

- Nə zaman siz övladınızın yenidən xəstə olduğunu bildiniz?


- Bilirsiz, mənim həyat yoldaşım Elmir Əliyev nadir ADEM xəstəliyinə düçar oldu. Bu zaman biz bütün olanımızı satıb yoldaşımın müalicəsi üçün xərclədik. Elə bu ərəfədə biz Nahidin də başında şiş olduğunu öyrəndik. Ancaq heç nə edə bilmirdik. Çünki Elmirin müalicəsi çox böyük məbləğ tələb edirdi. Yoldaşım 2016-cı ilin may ayında vəfat edəndən sonra biz yenidən yoxlanış etdik və Nahidin xəstəliyinin getdikcə sürətləndiyini gördük.

- Yoldaşınız Daxili İşlər Nazirliyinin (DİN) polkovnik-leytenantı olub. Bəs, DİN rəhbərliyinə müraciət etmisiniz?

- Bir çox yerlərə müraciət etmişəm. Nazir Ramil Usubov mənim yoldaşımı xəstəliyi dövründə də öz vəzifəsində saxlayıb. Buna görə ona təşəkkür edirəm. Çünki xəstəliyin psixoloji tərəfləri də var və Elmir bu mənada çox həssas insan idi. Ancaq onun ölümündən sonra çox çətin günlər yaşadım. Bilirsiz, necə ağır bir vəziyyətdir? Bir tərəfdə yoldaşın, bir tərəfdə övladın-¦ 6 il əvvəl övladımızın xəstəliyində dostların qohumların köməkliyi ilə bu problemin öhdəsindən gəldik. Yoldaşımla çiyin-çiyinə mÅ«barizə apardıq. Övladımız Å«çÅ«n iki gÅ«n yad bir ölkədə xəstəxananın dəhlizində yatdıq. Əməliyyatdan sonra yaranan hərəkətsizliyi aradan götÅ«rmək Å«çÅ«n illərlə əlimizdən gələni etdik. Mənim yanımda olub dəstəkləyən qohumlarımız, dostlarımız olsa da, Elmirsiz çox çətindir.

- Heç bir dövlət qurumu sizə yardım etməyib?


- Mən Nahidlə bağlı cənab prezidentə məktub yazdım. Mənim məktubumu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutuna göndərdilər. Orada məni qəbul etdilər. Ancaq problemimi deməyə belə macal vermədilər. Kobud şəkildə mənə "heç bir cavab gözləmə deyib yola saldılar. Mən də kor-peşiman geri qayıtdım. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya da məktub yazdım. Mənə görüş üçün vaxt verdilər. Bu vaxt isə 3 ay sonra olacaq. Mən Mehriban xanım Əliyevadan xahiş edirəm ki, səsimi eşitsin. Mənim övladımı ölümün caynaqlarından almağa kömək etsin. Nahid tez əməliyyat olunmalıdır. Gedən zaman bizim əleyhimizədir.

- Hazırda lazımi məbləğin yığılması üçün hansısa bir köməklik edilirmi?


Sağ olsun, xalqımız. Bu günə kimi bizə zəng edib dəstək olan, bir manatından belə keçib Nahid üçün göndərən o insanların hər birinə tək-tək təşəkkür edirəm. Türkiyədə yaşayan "Healthis" şirkətinin rəhbəri Sənan Quliyevin də köməkliyi ilə əməliyyatın qiymətində bir xeyli endirim edildi. Başqa bir çox şəxs bizə köməkliklər etdilər. Allah onların pənahında olsun.


Ödəniş etmək üçün:
Bank of Baku
Hesab nömrəsi: 3801000GB605774A58
İBAN: AZ08JBBK003801000GB605774A58
MilliÖn vasitəsilə ödəmək üçün:
Müştəri kodu: 672690
Doğum tarixi: 12.02.1983
---------------------
Hesab nömrəsi: 3801000GB605774A58
Şəxsiyyət Vəsiqəsi: AZE13285962

Əlaqə üçün:
055 682 68 61