Bir çox insan mədə bulanması və qıcqırmasından şikayət edir. Sözsüz ki, buna qidalar da səbəb olur. Lakin elə qidalar da var ki, əksinə, mədəni rahatladır. 

Unikal.org Ailem.az-a istinadən mədə turşusunu nizamlayan qidalarla sizi tanış edir.

Qızarmış çörək
 
Mədə turşusunun ifraz olunması nəticəsində yaranan göynəmənin qarşısını alır. Mədənin ifraz etdiyi mədə turşusunu qurudur.
 
Çiy kartof
 
Kartof çiy halda mədə yanmasına çox yaxşı təsir edən qidadır. Soyulmuş kartofu blenderdən keçirin və kərəviz suyu ilə qarışdıraraq için. Yaxud kartofu şirəçəkəndən keçirin, səhər acqarına bu suyu için. Mədə yanmasına çox yaxşı təsir edəcək.
 
İspanaq
 
Buxarda bişirərək, qaynadaraq və ya təzə yarpaqlarını salatlara qataraq yeyə bilərsiniz. Mədə üçün ən faydalı qidalardan biridir.
 
Zeytun yağı
 
Zeytun yağını çiy halda istifadə etsəniz, yeməklər mədədə daha az qalar və yağlar daha rahat mənimsənilsin deyə öd sekresiyasını artırar. Beləcə, mədədə heç bir narahatlıq hiss etməzsiniz.
 
Banan
 
Mədə üçün ən yaxşı qidalardan biridir. Pay aralarında 1 ədəd banan yesəniz, mədə yanmasının da qarşısını almış olarsınız. Banan mədə fermentini artırır.
 
Gül kələm
 
Qaynadılmış bir gül kələm mədə turşularının zərərlərindən qoruyur. Tərkibindəki "gefarnato" maddəsi xora müalicəsində istifadə edilən dərmanın xammalı olaraq da istifadə olunur.
 
Kələm
 
Çiy halda yemək daha faydalı olar. Nazik doğrayıb salatlara da qata bilərsiniz. Meyvə sıxan maşında kələm və almanı sıxıb suyunu içə bilərsiniz.
 
Alma sirkəsi
 
Salatlarda istifadə edilən alma sirkəsi mədənizi rahatlaşdırar.