Türkiyədə daha bir televiziya fəaliyyətini dayandırıb.

Unikal.org-un məlumatına görə, İzmir və Ege bölgəsində ən çox izlənilən kanallardan biri olan və 23 ildir fəaliyyət göstərən "Ege TV"nin dünən axşam bağladılması barədə qərar qəbul edilib. 40 nəfər əməşdaşı işsiz qalan telekanal uzun zaman idi ki, maddi çətinliklərlə fəaliyyət göstərirdi.

Qeyd edək ki, telekanalın sahibi Türkiyədə tanınmış iş adamı Cem Bakıoğludur.