"Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasının gündəliyindən çıxarılıb.

Unikal.org xəbər verir ki, layihə əvvəldən iclasın gündəliyinə salınaraq, təsdiqlənib. Layihənin bugünkü plenar iclasın gündəliyindən çıxarılma səbəbi açıqlanmır.

Xatırladaq ki, qeyd olunan layihənin komitələrin birgə iclasında müzakirəsi zamanı bəzi fikir ayrılıqlarına səbəb olmuşdu.