Bakıda 30 yaşlı qadının çantasını almaq istəyən şəxs onu bıçaqlayıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Azadlıq prospektində yerləşən parkda 30 yaşlı Məhərrəmova Samirə Rafiq qızı bıçaqlanıb. O xəstəxanaya yerləşdirilib. S.Məhərrəmova xəstəxanada polislərə ilkin ifadəsində bildirib ki, parkda gəzərkən naməlum şəxs onun çantasını əlindən almaq istəyib. Qadın müqavimət göstərərkən bıçaqlanıb.
Xəstəxananın həkim-cərrahı Bəhram Zeynalov açıqlamasında bildirib ki, S.Məhərrəmovanın vəziyyəti ağırdır. S.Məhərrəmova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.