"Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Türkiyə qarşı yanlış addım atıldı. Türkiyəni post-monitorinqdən monitorinqə keçirdilər.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

O bildirib ki, Türkiyə Avropa Şurası Parlament Assambleyasının əsasını qoyan ölkələrdən biridir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da çıxışında AŞPA-nın bu addımını tənqid edib: O deyib ki, burada ikili standartlardan çıxış edilib. Yaz sessiyasında bu pik həddinə çatdı. Türkiyə ilə bağlı məruzə hazırlanmışdı. 13 il əvvəl monitorinqdən post-monitorinqə keçirilmişdi.Yaz sessiyasında yenidən monitorinqə qaytarıldı. Türkiyə siyasətçiləri bildirmişdi ki, fikir mübadiləsi aparmağa hazırdılar. Bu addımla Türkiyəni Avropadan ayırmağa çalışırlar.

S.Səmədov qeyd edib ki, Avropa Şurasında yaranmış vəziyyət burada böhranın olduğunu göstərir.