Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Unikal.org-un əldə etdiyi məlumata görə, səfərin may ayının 12-də reallaşacağı gözlənilir. Məqsəd İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etməkdir.

Məsələ ilə bağlı Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyinin mətbuat müşavirliyinin əməkdaşı Habil Əliyev unikal.org-a deyib ki, prezidentin səfəri hələlik dəqiqləşməyib.