2017-ci ilin aprel ayında ölkə enerjisi sistemində 1,8 mil¬yard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.

Bu barədə Unikal.org-a"Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən daxil olan məlumatda bidirilir. 

Qeyd olunur ki, "Azərenerji ASC tərəfindən aprel ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,769 milyard kilovat-saatdır.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

"Azərenerji ASC tərəfindən 2017-ci ilin ilk 4 ayı ərzində istehsal edilən elektrik enerjisinin həcmi 7,897 milyard kilovat-saatdır. Ötən ilin ilk 4 ayı üzrə isə bu göstərici 7,570 milyard-kilovat-saat olub.
Qeyd edək ki, ötən ilin aprel ayı ölkə üzrə 1,676 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.