Ağcabədi rayonunda qonşusunun avtomobilini yandıran müəllim tutulub.
Unikal.org report-a istinadən məlumatına görə, hadisə rayonun Taxtakörpü qəsəbəsinin Qarakeş obasında qeydə alınıb.
Belə ki, Laçın rayonundan məcburi köçkün Xanalı Muradalı oğlu Verdiyevin bir müddət bundan öncə müxtəlif vaxtlarda iki avtomobili yandırılıb.
X.Verdiyev Laçın Rayon Polis Şöbəsinə məlumat verərək bildirib ki, naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus "VAZ-21015" və "Mercedes-190" markalı iki avtomobili yandırılıb.
Laçın RPŞ-nın əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı avtomobilləri yandırmaqda şübhəli bilinən Qarakeş obasının orta məktəbinin tarix müəllimi İkram Sərdar oğlu Şükürov tutulub.
Şübhəli şəxs qismində saxlanılan İ.Şükürov ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edib.
O, istintaqa verdiyi ifadəsində bildirib ki, qonşusunun iki avtomobili olduğu halda onun avtomobili yoxdur və hadisəni gecə vaxtı qonşusunun həyətinə girərək bu səbəbdən törədib.
Faktla bağlı Laçın RPŞ-da cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.