Bakıda oğurluq hadisəsi baş verib.

Unikal.org femida.az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Binəqədi rayonu, İzlivnoy 1 küçəsində (Müşfiq DYP postunun yaxınlığı), fərdi yaşayış evində qeydə alınıb. Məmmədov Elxan Abbasəli oğluna məxsus evə daxil olan maskalı şəxs evdə olan gəlinə hücum edib. 

Naməlum şəxsin zərbələrindən ev sahibəsi ağır bədən xəsarətləri alıb. Bundan sonra maskalı şəxs evdə olan qızıl-zinət və digər əşyaları götürərək hadisə yerindən qaçıb. Maskalı şəxsin hücumuna məruz qalan gəlin isə xəstəxanaya yerləşdirilib.

Hazırda ərazidə polis tərəfindən araşdırma aparılır.