Xəbər verdiyimiz kimi, Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov işdən çıxarılıb.

Unikal.org azxeber.com-a istinadən məlumat verir ki,  bu xəbərdən sonra idarə rəisinin qızı sosial şəbəkə hesablarını bağlayıb.

Qeyd edək ki, Aysel və Oqtay cütlüyünü sosial şəbəkədə 500 mindən çox insan izləyirdi. Cütlüyün bahalı həyatı, dəbdəli toyu bir neçə həftədir ki, ölkə gündəminə çevrilib. Onların internetdə yayılan görüntülərindən sonra Qüdrət Şükürov işdən çıxarılıb.